Biz seçki qanunvericiliyinə bir sıra dəyişikliklər etmişik. Məntəqə seçki komitələrinin addi texniki bazası formalaşdırılıb, orada çalışanlar da əməkhaqqı alır.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Ə.Hüseynli bildirib ki, eyni zamanda "Siyasi partiyalar" haqqında yeni qanunu qəbul etdik.
“Seçki Məcəlləsi siyasi partiyaların, partiya bloklarının da bu seçkilərdə aktiv iştirakını özündə ehtiva edir. Siyasi partiyalar 5 min nəfər üzv məsələsini mübahisə edirdilər, düşünürdülər bu onlara mane olacaq. Amma indi o siyasi partiyalar seçkiləri boykot edirlər. Bu çox təəssüfedici haldır. Qeydiyyata nail olub, indi seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir", - deyə o,əlavə edib.