Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox olan aktivlərinə həbs qoymaq istəyir
Ucnoqta.az xəbər verir ki, bu barədə Spiegel jurnalı yazıb. Nəşrin məlumatına görə, Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox olan aktivlərinə həbs qoymaq və dövlət büdcəsinə yönləndirmək istəyir.
Bildirilir ki, Frankfurt am Main məhkəməsinə müvafiq sorğu təqdim olunub.
Hazırda Rusiyanın Almaniyadakı aktivləri dondurulub.
///tass