Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlər keçirib

11:35 - 20 Dekabr 2023 - DÜNYA

 Şimali Koreyanın dekabrın 18-də qitələrarası ballistik raket buraxmasına cavab olaraq Koreya Respublikası, ABŞ və Yaponiya Hərbi Hava Qüvvələri ABŞ-ın B-1B strateji bombardmançı təyyarəsinin iştirakı ilə üçtərəfli təlim keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Təlimlər Ceju adasının şərqində Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi sularda baş tutub. Təlimlərdə Cənubi Koreyanın F-15K qırıcıları, Amerikanın F-16-ları və Yaponiyanın F-2-ləri iştirak edib.

Qeyd edək ki, ilk üçtərəfli hərbi hava qüvvələri təlimi oktyabrda baş tutub.

Xəbər xətti