Fələstin-İsrail münaqişəsinin başlamasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı 464 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yedioth Ahronoth qəzeti yazıb. Nəşrin məlumatına görə, Qəzza zolağında döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha bir əsgəri həlak olub.
551-ci İDF briqadasının 7008-ci batalyonunda xidmət edən 25 yaşlı çavuş Maoz Feniqşteyn Qəzza zolağının şimalında döyüşdə həlak olub.