İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki Tubas və Tammun şəhərlərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri bir neçə hərbi texnikadan istifadə edərək Tubasa hücum edib və nəticədə şəhərdə atışma olub. Tubasın cənubunda yerləşən Tammun şəhərində də bir neçə İsrail patrulunun hərbi buldozerin müşayiəti ilə əraziyə daxil olmasından sonra küçə döyüşləri başlayıb.