“Mançester Siti”nin və Norveçin hücumçusu Erlinq Haaland “FourFourTwo”nun versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Britaniya jurnalı ötən ilin dünyanın ən yaxşı 100 futbolçusunun siyahısını tərtib edib.
Ucnoqta.az xəbər verir ki, reytinq jurnalın saytında təqdim olunub.
Reytinqin birinci pilləsində Haaland, üçüncü yerdə isə “İnter Mayami”nin ispaniyalı yarımmüdafiəçisi Sergi Buskets qərarlaşıb.
Səudiyyə Ərəbistanının “Al-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilk 100-lüyə daxil edilməyib.
Reytinqdə ikinci yeri Cud Bellinqem (“Real”), üçüncü yeri Harri Keyn (“Bavariya”), dördüncü Kilian Mbappe (PSJ), beşinci Rodri (“Mançester Siti”, altıncı yeri Lionel Messi (“İnter Mayami "), yeddinci - Bernardo Silva (Mançester Siti), səkkizinci - Məhəmməd Salah (Liverpul), doqquzuncu - Antuan Qrizmann (Atletiko Madrid), onuncu - Vinisius Junior (Real Madrid) tutub.