Qarabağ münaqişəsinin həlli üçün yalnız bir variant var idi ... - Paşinyan

23:23 - 19 Dekabr 2023 - DÜNYA

Madrid prinsiplərindən başlayaraq, Dağlıq Qarabağ probleminin həllinin “masada” olan bütün variantları bu məsələnin həllini nəzərdə tutmur.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib.

"Heç bir sənəd yox idi ki, imzalanandan sonra Qarabağ münaqişəsinin həll olunduğu hesab edilsin. 1999-cu ildə bir variant var idi, imzalansa, demək olar ki, Dağlıq Qarabağ məsələsi həll olunurdu. Meğri bölgəsinin (Ermənistanın cənubunda - red.) Dağlıq Qarabağın dəyişdirilməsi variantı.Məsələni bağlamağın yeganə yolu bu idi.Yəni Meğri rayonu Azərbaycana verilirdi, Dağlıq Qarabağ isə Ermənistana birləşdirildi", -Paşinyan bildirib.

Xəbər xətti