Hindistan qışda Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini (SAM) çatdırmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Ermənistana çatdırılma yaxın bir neçə ayda başlayacaq", - mənbə qeyd edib.
Nəşr qeyd edib ki, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb. Akaş hava hücumundan müdafiə sisteminə Braziliya, Misir, Filippin və digər dövlətlər də maraq göstərir.
"Akaş" kompleksi Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatının ideya məhsuludur. Silah 2007-ci ilin dekabrında uğurla sınaqdan keçirilib, sonra yeni modifikasiyalar yaradılır.