Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Ənsar Allah siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.
“Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq” - hərəkatın sözçüsü İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib.