İsrail Müdafiə Qüvvələri Livanda şiə Hizbullah təşkilatının bir neçə hərbi obyektinə zərbə endirib, həmçinin Livan tərəfdən atılan şübhəli təyyarənin qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, hücuma məruz qalan hədəflər arasında silah anbarları da var.
"İsrailin şimalında hava məkanına düşmənin sızması ilə bağlı sirenlərdən sonra hava hücumundan müdafiə qüvvələri Livandan İsrail ərazisinə daxil olan şübhəli hava hədəfini uğurla ələ keçirib", - mətbuat xidməti əlavə edib.