Ukrayna xarici donorlardan 203 milyard dollar alıb
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Nazir qeyd edib ki, bu da onun ÜDM-dən 30 milyard dollar çoxdur:
"Ukrayna hazırda xarici sponsorlardan 203 milyard dollar alıb ki, bu da onun ÜDM-indən 30 milyard dollar çoxdur. Əslində, o, müflis ölkədir, çünki bu vəsaitlərin əhəmiyyətli hissəsi qaytarılmalı olan kreditlərdir", - o, hərbi idarə heyəti geniş tərkibdə keçirilən iclasında deyib.