Azərbaycan XİN Çinə başsağlığı verib

15:11 - 19 Dekabr 2023 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) zəlzələ nəticəsində qeydə alınan insan tələfatı ilə əlaqədar Çinə başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Çində çox sayda insan tələfatı və xəsarətlərə səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, dekabrın 18-də gecə saatlarında Çinin şimal-qərbində dağlıq region olan Qansu əyalətində 6.2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində indiyə qədər olan məlumata görə 120-dən çox şəxs həlak olub.

Xəbər xətti