Gürcüstan və Almaniya saziş imzaladılar

11:36 - 19 Dekabr 2023 - DÜNYA

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri və Tbilisidə rəsmi səfərdə olan almaniyalı həmkarı Nensi Feser qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində idarələr arasında əməkdaşlıq haqqında saziş imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Biz Almaniya hökuməti ilə Gürcüstan hökuməti arasında "Miqrasiya və mobillik haqqında” saziş imzaladıq. Saziş layihəsi aşağıdakı məsələlərə dair müddəaları əhatə edir: qeyri-qanuni miqrasiyanın azaldılması, dairəvi əmək miqrasiyası sahəsində əməkdaşlıq, təhsil sahəsində təcrübə mübadiləsi”, - deyə Qomelauri sazişlərin imzalanmasından sonra keçirilən brifinqdə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, saziş çərçivəsində tərəflər profilaktik işlər aparmağı və xüsusilə qeyri-qanuni miqrasiya, insan alveri, sənəd və vizadan sui-istifadə hallarına qarşı mübarizə aparmağı öhdələrinə götürürlər. Gürcüstan və Almaniya qeyri-qanuni yaşayan şəxslərin readmissiyası prosesində də əməkdaşlığı gücləndirəcəklər.///tass

Xəbər xətti