Şri-Lanka xarici elmi gəmilərin öz sularına daxil olmasını qadağan edib

10:44 - 19 Dekabr 2023 - DÜNYA

Şri-Lanka bir il müddətinə xarici elmi gəmilərin öz ərazi sularına daxil olmasını qadağan edib. Bu tədbir 2024-cü ilin yanvarından qüvvəyə minəcək

Ucnoqta.az “Daily Mirror”a istinadən xəbər verir ki, bu barədə Şri Lankanın xarici işlər naziri Məhəmməd Əli Sabri bildirib.

Səbri əlavə edib ki, Şri-Lanka geosiyasi əhəmiyyət kəsb edən məsələlərdə heç bir ölkə ilə düşmənçilik etmədən hərəkət etməyə sadiqdir.

“Biz digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlar kimi elmi okean tədqiqatlarında iştirak etmək üçün öz potensialımızı inkişaf etdirməliyik” - Sabri qeyd edib.

Qadağa Çinin elmi gəmisinin 2024-cü ilin yanvarında yenidən Şri-Lanka sularına daxil olmasına icazə istəməsindən sonra tətbiq edilib.

Xəbər xətti