İslandiyanın Reykjanes yarımadasında güclü vulkan püskürməsi başlayıb.
Ucnoqta.az-ın məlumatına görə, RUV telekanalı İslandiya Meteorologiya Mərkəzinə istinadən xəbər verir ki, bundan əvvəl Avropa ölkəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Püskürmə dekabrın 18-də yerli vaxtla saat 21:00-da başlayıb və son üç ildə dördüncü olub.
Alimlər qeyd ediblər ki, bu püskürmə Reykjanes yarımadasındakı əvvəlkilərdən qat-qat güclüdür - bu, hələ də baş verən zəlzələ ilə bağlıdır. Qaz və lavanın çıxdığı çatın uzunluğu dörd kilometrə çatıb. Mütəxəssislər lava axınlarının Qrindaviki və ya tikilmiş müdafiə strukturlarını məhv edə biləcəyini istisna etmirlər.