Avropada güclü vulkan püskürüb

09:02 - 19 Dekabr 2023 - DÜNYA

İslandiyanın Reykjanes yarımadasında güclü vulkan püskürməsi başlayıb.

Ucnoqta.az-ın məlumatına görə, RUV telekanalı İslandiya Meteorologiya Mərkəzinə istinadən xəbər verir ki, bundan əvvəl Avropa ölkəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Püskürmə dekabrın 18-də yerli vaxtla saat 21:00-da  başlayıb və son üç ildə dördüncü olub. 

Alimlər qeyd ediblər ki, bu püskürmə Reykjanes yarımadasındakı əvvəlkilərdən qat-qat güclüdür - bu, hələ də baş verən zəlzələ ilə bağlıdır. Qaz və lavanın çıxdığı çatın uzunluğu dörd kilometrə çatıb. Mütəxəssislər lava axınlarının Qrindaviki və ya tikilmiş müdafiə strukturlarını məhv edə biləcəyini istisna etmirlər.

Xəbər xətti