Çində zəlzələ nəticəsində Qansu və Çinxay əyalətlərində azı 111 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insan tələfatının olduğu bildirilirdi. Telekanal xəbər verir ki, Çin prezidenti Si Cinpinq insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə göstəriş verib.