İsrail ordusu Suriyaya cavab zərbəsi endirib

00:28 - 19 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyadan atılan mərmiləri aşkarlayıb, cavab olaraq artilleriya atəşin gəldiyi əraziyə zərbələr endirib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tanklar isə Suriya ordusunun hərbi postunu atəşə tutub.

"Bir müddət əvvəl Suriyadan İsrailə doğru bir neçə atış qeydə alınıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb. Buna cavab olaraq İsrail ordusunun artilleriyası Suriya ərazisindən atəş gələn yerləri vurub, İD tankları isə Suriya ordusuna məxsus hərbi postu atəşə tutub”, - deyə məlumatda bildirilir.

Xəbər xətti