Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistan-Azərbaycan sərhədində müşahidə imkanlarını genişləndirəcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Aİ missiyasının rəhbəri Markus Ritter deyib.
“Missiya indi sahədə daha çox patrul apara biləcək. Nəticədə bizim Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətini izləmək və hesabat vermək, habelə münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək üçün daha çox imkanlarımız olacaq”, - deyə o vurğulayıb.