Klublararası dünya çempionatının yarımfinal matçında Braziliyanın "Fluminense" klubu Misirin "Əl Əhli"ni 2:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilir.
Qolları Con Arias (71-ci dəqiqə, penalti) və Con Kennedi (90) vurub.
Finalda "Fluminense" dekabrın 19-da İngiltərənin "Mançester Siti" ilə Yaponiyanın "Urava Red Diamonds" klubu arasında baş tutacaq matçın qalibi ilə qarşılaşacaq.
Həlledici qarşılaşma dekabrın 22-nə təyin edilib.