İsrail Müdafiə Qüvvələrinə (IDF) aid təyyarə Livanda İsrail ərazisinin atəşə tutulduğu əraziyə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İsrail ordusuna məxsus təyyarə bu gün Livandan raketlərin buraxıldığı əraziyə zərbə endirib", - məlumatda deyilir.
Həmçinin bildirilib ki, terrorçular bu yaxınlarda İsrailin şimalındakı Avivim bölgəsinə tank əleyhinə raketlər atıblar.
“Cavab olaraq İD artilleriyası Livan ərazisinə zərbələr endirib”, - ordu departamenti əlavə edib.