ABŞ və Finlandiya arasında əməkdaşlıq sazişi imzalanıb

19:50 - 18 Dekabr 2023 - DÜNYA

ABŞ və Finlandiya ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Ucnoqta.az xəbər verir ki, mərasim Dövlət Departamentinin saytında yayımlanıb.

Razılaşmaya əsasən, Amerika qoşunlarının Finlandiyadakı 15 hərbi bazasına çıxışı olacaq. Mərasimdə ABŞ dövlət katibi Antoni Blinken, Finlandiyanın müdafiə naziri Antti Hyakkänen və Finlandiyanın xarici işlər naziri Elina Valtonen iştirak ediblər.

Xəbər xətti