Çempionlar Liqasının 1/8 finalında İspaniyanın “Real Sosyedad”ı və Fransanın “Paris Sen-Jermen” klubları üz-üzə gələcək.
Ucnoqta.az xəbər verir ki, püşkatma bazar ertəsi keçirilib.
Həmçinin bu mərhələdə “Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə), “Napoli” (İtaliya) – “Barselona” (İspaniya), “İnter” (İtaliya) – “Atletiko” (İspaniya), PSV (Hollandiya) - "Borussiya Dortmund" (Almaniya), "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya), Kopenhagen (Danimarka) - "Mançester Siti" (İngiltərə), "Leypsiq" (Almaniya) - "Real Madrid" (İspaniya) qarşılaşacaq.
İlk görüşlər fevralın 13, 14, 20 və 21-də qruplarında qrup mərhələsində ikinci yeri tutan komandaların meydanlarında keçiriləcək. Cavab qarşılaşmaları martın 5, 6, 12 və 13-də baş tutacaq.