Hindistan almaz sektorunun nümayəndələri iki aylıq fasilədən sonra kobud almazların, o cümlədən Rusiyadan idxalı bərpa edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Qiymətli Daşlar və Zərgərlik Məmulatlarının İxracının Təşviqi Şurasından (GJEPC) məlumat verilib.
"Oktyabrın 15-də tətbiq edilən brilyantların idxalını qadağan edən müddət dekabrın 15-də başa çatıb. O, bütün təchizatçılar üçün tətbiq edilib və indi hamı üçün ləğv edilib. Düşünürəm ki, Rusiyadan tədarüklər də bərpa olunmalıdır", - deyə şirkətin nümayəndəsi bildirib.
Hindistanın almaz sektoru oktyabrın 15-dən dekabrın 15-dək ölkəyə kobud almaz idxalının iki ay müddətinə dayandırılmasını tövsiyə edib. Dekabrın ilk həftəsində ticarət təşkilatlarının nümayəndələri bazarın vəziyyətini yenidən öyrənərək, kobud və cilalanmış brilyantların qiymətləri ilə bağlı bazar vəziyyətinin yaxşılaşdığı qənaətinə gəliblər.