İsrail ordusu Qəzzanın cənubunda 4 saatlıq atəşkəs edir

11:45 - 18 Dekabr 2023 - DÜNYA

İsrail ordusu Qəzza zolağının cənubunda yenidən dörd saatlıq hərbi əməliyyatlara humanitar fasilə verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

"IDF humanitar səbəblərdən mülki əhalinin ərzaq və su ehtiyatlarını artırmasına imkan vermək üçün taktiki fasilələr edir. Bu gün, dekabrın 18-də Rəfah qaçqınlar düşərgəsində saat 10:00-dan 14:00-a (saat 11-dən) qədər fasilə verilir," X sosial şəbəkəsində yerləşdirilən mesajda deyilir.

Xəbər xətti