Aİ-nin Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketinin təsdiqlənməsi dekabrın 18-də başa çatacaq.
Ucnoqta.az xəbər verir ki, Brüsseldəki diplomatik mənbənin TASS-a verdiyi məlumata görə, Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiya paketinin, o cümlədən rus zərgərlik brilyantlarının Avropa İttifaqına tədarükünə qadağa qoyulmasının təsdiqlənməsi Aİ Şurasında yazılı prosedur əsasında bazar ertəsi başa çatacaq.
"Yazılı prosedur çərçivəsində 26 Aİ ölkəsi artıq 12-ci sanksiya paketinin müddəalarını təsdiqləyib; Avstriyanın imzalanmış mövqeyinin bazar ertəsi Aİ Şurasına çatdırılması gözlənilir. Paketin dərci bu axşam və ya çərşənbə axşamı mümkündür”, - deyə o bildirib.