Serbiyada hakim partiya koalisiyası seçkilərdə irəlidədir

10:24 - 18 Dekabr 2023 - DÜNYA

"Aleksandar Vučić - Serbia must not not Stop" koalisiyası bülletenlərin 91,6%-ni işlədikdən sonra Serbiyada keçirilən parlament seçkilərində 47,21% nəticə ilə liderliyini davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seçki Komissiyası (REK) məlumat yayıb.

Məlumata görə, 8273 seçki məntəqəsindən 7584-nün bülletenləri işləndikdən sonra koalisiya 1592526 səs və ya 47,21% toplayıb. Sonrakı yerdə 22,9 faiz səslə “Serbiya zorakılığa qarşı” müxalifət bloku gəlir. Üçüncü yeri 6,67% nəticə ilə “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası tutur.

Səsvermə zamanı Serbiya vətəndaşları dörd il müddətinə Milli Assambleyaya (birpalatalı parlament) 250 deputat, habelə onların Belqrad və Voyvodina muxtar vilayəti də daxil olmaqla 65 şəhər və bələdiyyə üzrə nümayəndələrini seçiblər. 

Xəbər xətti