Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 4 hərbçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Fələstinin HƏMAS hərəkatının silahlıarı ilə toqquşmalar zamanı həlak olan İDF əsgərlərinin siyahısına Duvdevan bölməsinin iki baş çavuşunun, həmçinin Yahalom və Maqlan bölmələrinin iki baş çavuşunun adı əlavə edilib. Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 126-ya çatıb.
Eyni zamanda, ordunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 458-ə çatıb.