Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb

13:29 - 16 Dekabr 2023 - SİYASƏT

Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, bu barədə qərar bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edilib.

O, sənədlərin qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xəbər xətti