Yaponiya hökuməti həmfikir ölkələrə təhlükəsizlik sahəsində dəstəyin göstərilməsini nəzərdə tutan Rəsmi Təhlükəsizliyə Yardım (OSA) proqramı çərçivəsində Malayziyaya 400 milyon yen (2,8 milyon dollar) ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Malayziya Hind okeanı və Şərqi Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarının yaxınlığında yerləşir. Buna görə də Yaponiyanın Malayziya ordusunun bu marşrutların monitorinqi və nəzarəti sahəsində bacarıqlarının təkmilləşdirilməsinə töhfə verməsi vaxtında və çox vacibdir ki, bu da həm Yaponiya və bütövlükdə bütün region üçün böyük əhəmiyyət kəsb edir”, - məlumatda deyilir.
Yardıma Malayziyanın dəniz monitorinqi imkanlarını təkmilləşdirmək üçün müxtəlif avadanlıq və mexanizmlərin verilməsi daxildir. Xüsusilə, söhbət xilasedici qayıqlardan gedir.