İsrail radikal Fələstinin HƏMAS hərəkatının yaraqlılarının fəal şəkildə təslim olmasından təəccüblənir.
Ucnoqta.az xəbər verir ki, bu barədə amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş öz Substack bloqunda mənbələrə istinadən məlumat verib.
"Ən böyük sürpriz, cənubda İsrail qüvvələrinə təslim olmaq qərarına gələn Həmas döyüşçülərinin sayı olub. Həssas məlumatlara çıxışı olan ABŞ rəsmisi bildirib ki, keçən həftə 700 Həmas əsgəri öldürülməkdənsə təslim olmağı seçib” - Herş yazıb.
Jurnalistin həmsöhbətinin sözlərinə görə, İsrail bunu gözləməyib və HƏMAS-ın sona qədər mübarizə aparacağına inanırdı. Təslim olan yaraqlılar arasında HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun təşkilatçılarından biri olduğu güman edilən hərəkatın Qəzza zolağındakı liderinin baş köməkçisi Yəhya Sinvar da var.