Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə qalib gələ bilmir və ABŞ bunu bilir.
Ucnoqta.az xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Siz onlara deyirsiz: Gedin və ölün. Narahat olmayın, biz sizə kifayət qədər pul və silah verəcəyik, ancaq gedib ölmək lazımdır. Və siz (ABŞ) bilirsiniz ki, onlar (Ukrayna hakimiyyəti) qalib gələ bilməz” - Peskov bildirib.