İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının Misirlə sərhədi yaxınlığında radikal Fələstinin HƏMAS təşkilatının hədəflərinə silsilə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu həftə İsrail Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsi və Cənub Komandanlığının rəhbərliyi altında HƏMAS-a məxsus hərbi obyektlərə, postlara, müşahidə məntəqələrinə, silah anbarlarına və komanda-nəzarət mərkəzlərinə zərbələr endirib və məhv edib. Bu hədəflər Qəzza zolağı ilə Misir arasındakı sərhəddir”, - məlumatda deyilir.