Bir həftə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri bir Toçka-U raketini, iki S-200 raketini ələ keçirib, həmçinin Ukraynanın 119 pilotsuz uçuş aparatını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Mi-8 helikopteri vurulub,
"Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Xerson vilayətinin Tyaqinka kəndi ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bir həftə ərzində "Toçka-U" taktiki raket, iki S-200 idarəolunan zenit raketi, 17 ədəd HIMARS reaktiv yaylım atəş sistemi raketi, həmçinin 119 pilotsuz uçuş aparatı məhv edilib.
Qeyd olunub ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 550 təyyarə, 258 helikopter, 9696 pilotsuz uçuş aparatı, 442 zenit-raket kompleksi, 14078 tank və digər zirehli döyüş texnikası, 1188 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 7,338 artilleriya və minaatan, o cümlədən 16 336 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.