Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi uzun və mürəkkəb olacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasından sonra keçirilən brifinqdə deyib.
"Düşünürəm ki, delimitasiya və sonra demarkasiya prosesi kifayət qədər çox vaxt aparacaq, çünki bu, kifayət qədər mürəkkəb prosesdir. Biz 1975-1990-cı illərin ən son xəritələrinə əsaslanırıq. Mən vurğulamaq istəyirəm ki, biz yalnız peşəkar hüquqi əhəmiyyət olan xəritə və topoqrafik xəritələrlə işləyəcəyik” - o, deyib.