Niderland son iki ayda Ukraynaya 550 milyon avro hərbi yardım göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, oktyabrın 3-dən Ukraynaya 550 milyon avro dəyərində hərbi yardım göstərilib. Münaqişənin başlanğıcından indiyədək verilmiş hərbi yardımın ümumi həcmi Ukrayna 2,6 milyard avroya çatıb.
Xüsusilə, son iki ayda Niderland döyüş maşınları, hava hücumundan müdafiə sistemləri, silahlar, döyüş sursatları və pilotsuz təyyarələr tədarük edib. Bundan əlavə, minatəmizləmə avadanlıqları, səhra xəstəxanaları, çadırlar, kranlar və dərmanlar Ukraynaya ötürülüb. Həmçinin müxtəlif texnika və nəqliyyat vasitələri üçün ehtiyat hissələri tədarük edilib.