Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nepalın xarici işlər naziri Narayan Prakaş Səud ilə görüşündə Ermənistan və Nepal arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, nazirlər müqavilə-hüquq bazasının genişləndirilməsinə, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinə önəm verərək, müxtəlif sahələrdə ikitərəfli potensialın daha fəal həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Tərəflər dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrlə bağlı gündəlikdəki məsələlər üzrə tərəflər arasında əməkdaşlıq təcrübəsini məmnunluqla qeyd ediblər.