Pekində metro qatarlarının toqquşması nəticəsində 500-dən çox sərnişin xəsarət alıb, lakin ölən olmayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Çin paytaxtının nəqliyyat idarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, ümumilikdə 515 nəfər müayinə olunmaq üçün tibb müəssisələrinə göndərilib, 102 nəfərdə sınıq aşkarlanıb.
Fövqəladə hadisə Pekin vaxtı ilə saat 18:57-də Xierqi və Şenqminq Kexueyuan stansiyaları arasındakı hissədə baş verib. İlkin araşdırmalar göstərib ki, qarın yağması nəticəsində relslərin buzlanması qəzalı əyləclərə və qatarın qarşıda dayanmasına səbəb olub. Onun arxasınca gələn qatar vaxtında əyləci basa bilməyib və bu da toqquşmaya səbəb olub.