Dünya Bankı Ukraynaya 1,34 milyard dollar ayırır

12:00 - 15 Dekabr 2023 - DÜNYA

Dünya Bankı Ukraynaya əlavə olaraq 1,34 milyard dollar ayırır

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal deyib. Onun sözlərinə görə, bu pul pensiyaların ödənilməsinə, müəllimlərin maaşlarına, məcburi köçkünlərə dəstək və dövlət büdcəsinin digər prioritet xərclərinə sərf olunacaq.

"Bu maliyyə paketinin əsas hissəsi - 1,086 milyard - Yaponiya hökumətinin vəsaitləridir. Qalanları ABŞ, İsveçrə və Ukraynaya Dəstək, Yenidənqurma və İslahatlar Fondunun (URTF) qrantlarıdır", - Şmıqal bildirib.

Xəbər xətti