Husilər Qırmızı dənizdə Honq Konq gəmisinə hücum edib

05:11 - 15 Dekabr 2023 - DÜNYA

Qırmızı dənizdə Husi üsyançılarının nəzarətində olan ərazidən Honq-Konq bayraqlı yük gəmisinə hücum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Yəmənin Husilərin nəzarətində olan bölgəsindən Bab əl-Məndəb boğazının şimalındakı beynəlxalq gəmiçilik zolağına doğru ballistik raket atılıb. Husilər növbəti raket hücumları ilə hədələyiblər. Maersk Gibraltar Honq-Konq bayraqlı yük gəmisidir. Bu hücumlar beynəlxalq dəniz təhlükəsizliyini təhdid etməkdə davam edir"-  məlumatda deyilir.

Qeyd edildiyi kimi, insident nəticəsində tələfat və dağıntı olmayıb.

Xəbər xətti