Dekabrın 15-də Tbilisidə Aİ-yə namizəd statusunun alınması şərəfinə bayram tədbiri keçiriləcək
Ucnoqta.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə vətəndaşlarını dekabrın 15-də ölkənin Aİ-yə namizəd statusunun verilməsi şərəfinə keçirilən bayram tədbirində iştirak etməyə dəvət edib.
"Mən hamını sabah, dekabrın 15-də saat 17:00-da ölkəmizin və xalqımızın bu tarixi qələbəsini birlikdə qeyd etmək üçün Azadlıq meydanına dəvət etmək istərdim. Sabah ümumi milli bayram və ümumi qələbə günü olmalıdır” , – Qaribaşvili Gürcüstana namizəd statusunun verilməsi münasibətilə videomüraciətində deyib.
Baş nazir dekabrın 14-ü ölkə üçün tarixi gün adlandırıb və qeyd edib ki, bu gündən Gürcüstan Avropa dövləti sayıla bilər. O, Gürcüstan vətəndaşlarını namizəd statusunun verilməsi münasibətilə təbrik edib və bu uğurda əməyi olan hər kəsə təşəkkür edib.