Britaniya Rusiyaya görə Aİ şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər

21:27 - 14 Dekabr 2023 - DÜNYA

Böyük Britaniya hökuməti Rusiyaya texnoloji məhsulların ixracını davam etdirən Aİ ölkələrinin şirkətlərinə qarşı sanksiyaların tətbiqi ehtimalını etiraf edir.

Ucnoqta.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

"Avropa İttifaqı şirkətlərinin Rusiyaya mal satdığını düşünsək, onlara qarşı sanksiyalar tətbiq edərdik. Türkiyə şirkətlərinə məhdudiyyətlər qoymaq yaxşı olmazdı, çünki Türkiyə bizim NATO müttəfiqimizdir, lakin biz Rusiya hərb maşınını dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik”, - Kemeron Britaniya Parlamentinin İcmalar Palatasının Avropa İşləri Komitəsində çıxış edərkən deyib.///tass

Xəbər xətti