Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Pakistan İslam Respublikasının müdafiə nazirinin birinci müavini Hamud-ul-Zaman Xan hərbi sahədə qarşılıqlı faydalı əlaqələri, eləcə də Əfqanıstandakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Moskvada müdafiə və təhlükəsizlik məsələləri üzrə Rusiya-Pakistan hərbi məsləhət komitəsinin dördüncü iclası keçirilib.
“Tərəflər hərbi sahədə dinamik inkişaf edən qarşılıqlı faydalı əlaqələri müsbət qiymətləndirib və hərbi əməkdaşlığı gücləndirmək üçün toplanmış potensialdan maksimum səmərəli istifadə etmək istəyini təsdiqləyiblər. Əfqanıstan dərin və konstruktiv şəkildə müzakirə edilib.Görüş səmimi, dostluq şəraitində keçib”, - deyə departamentdən əlavə ediblər.///tass