Danimarkada terror aktları hazırlamaqda şübhəli bilinən üç nəfər saxlayıb

17:04 - 14 Dekabr 2023 - DÜNYA

Danimarka Polisinin Təhlükəsizlik Xidməti (PET) böyük əməliyyat keçirərək, terrorçuluqda şübhəli bilinən 3 nəfəri həbs edib.

Ucnoqta.az xəbər verir ki, daha bir şübhəli Niderlandda saxlanılıb.

Baş Polis İnspektoru və əməliyyat rəisi Fleminq Dreyer əməliyyatın məqsədinin üç şəxsi saxlamaq və beş polis rayonunda axtarış aparmaq olduğunu deyib. 

"Bu araşdırma hələ tam deyil", - o əlavə edib.

Yaxın vaxtlarda şübhəlilər terrorda ittiham olunacaqlar. Həbs Danimarkanın Odense və Orxus şəhərlərində həyata keçirilib.

Xəbər xətti