Ukrayna BVF-dən 900 milyon dollar alıb

14:33 - 14 Dekabr 2023 - DÜNYA

Ukrayna Genişləndirilmiş Maliyyələşdirmə Proqramı (EFF) çərçivəsində BVF-dən təxminən 900 milyon dollar alıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat verib.

Nazirlik qeyd edib ki, bu cür dəstək dövlət büdcəsinin prioritet xərclərinin vaxtında maliyyələşdirilməsinə və hərbi vəziyyət şəraitində makroiqtisadi sabitliyin təmin olunmasına kömək edəcək.

Xəbər xətti