Ukraynaya hərbi dəstək davam etməli və genişlənməlidir
Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell sammitinə gələrkən deyib. Borell bildirib ki, Aİ sammiti Ukraynaya silah tədarükünü genişləndirmək üçün Avropa Sülh Fondunun genişləndirilməsinə dəstək verməlidir.
“Biz genişlənmə, hərbi və maliyyə yardımı baxımından Ukraynanı mümkün qədər dəstəkləməliyik. Mən liderlərdən Ukraynanın Avropa üçün ekzistensial məsələ olduğunu başa düşmələrini xahiş edəcəyəm. Bizim Ukraynaya hərbi dəstəyimiz davam etməli və artmalıdır, bu Ukraynaya qarşı müharibə deyil, bu bizim təhlükəsizliyimiz üçün müharibədir", - Borrell davam edib.