Çin Xalq Azadlıq Ordusu (AXO) dekabrın 14-16-da Cənubi Çin dənizində təlimlər keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Təlimlər müəyyən olunmuş tarixlərdə yerli vaxtla saat 20:00-dan 23:00-dək keçiriləcək.
Onlara cəlb olunacaq qüvvələr və vasitələr göstərilmir.