Litva NASAMS hava hücumundan müdafiə sistemlərinin alınması üçün Norveç istehsalçısı ilə 200 milyon avroluq müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi çərçivəsində bu silahları istehsal edən Norveçin Kongsberg Defence & Aerospace şirkəti ilə 200 milyon avro dəyərində NASAMS sistemlərinin alınmasına dair müqavilə imzalanıb”, - məlumatda deyilir.
Bu, Litvanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin ikinci mərhələsinin başlanğıcıdır. Birinci mərhələ 2016-cı ildə başlayıb. 2022-ci ilə qədər Baltikyanı respublikada kadrlar yetişdirilmiş və Norveçdən alınmış NASAMS mobil orta mənzilli zenit-raket kompleksləri istifadəyə verilmişdir.
Yeni müqavilə üzrə tədarüklər 2026-cı ildə başlayacaq.