Finlandiya Mərkəzi Həmkarlar İttifaqı Assosiasiyası (SAK) hökumətin hərəkətlərinə qarşı genişmiqyaslı tətil elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Avtomobilçilərin, dəmiryolçuların, sənayeçilərin, ali təhsilli mütəxəssislərin və bir sıra başqalarının həmkarlar ittifaqları etiraz aksiyalarında iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Tətil bütün ölkə ərazisində qatarların və elektrik qatarlarının hərəkətinin dayandırılmasına, həmçinin stansiyalarda, poçt şöbələrində, logistika mərkəzlərində, fabriklərdə və digər təşkilatlarda işin dayandırılmasına səbəb ola bilər.
Vətəndaşların narazılığına 2023-cü ilin iyununda açıqlanan hökumət proqramı səbəb olur. Bu, işdən çıxarılmaların sadələşdirilməsini, tətillərin qadağan edilməsini və SAK-a görə işçilərə zərər verən və demokratiya prinsiplərini pozan digər məqamları əhatə edir.