Qəzza zolağında daha iki girov ölüb

08:52 - 14 Dekabr 2023 - DÜNYA

İsrail Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən əsir götürülən daha iki girovun öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, Kibbutz sakini Nir Yitzhak Tal Haimi və Kibbutz sakini Nahal Oz, Tanzaniyadan olan mühəndiz Coşua Luito Mollel Qəzza zolağında Həmas tərəfindən girovluqda olarkən öldürülüb.

Haimi 7 oktyabrda ordu əlavələri gələnə qədər terror hücumunun qarşısını almaq üçün göndərilən xüsusi qüvvələrdə olub.

Tanzaniyalı tələbə Mollel HƏMAS-ın 7 oktyabr hücumundan cəmi iki həftə əvvəl İsrailə gəlib.

Xəbər xətti